“Coffee N Joy” qəhvə markası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası, ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qaçış tədbirini dəstəkləyib.
FED.az xəbər verir ki, hər zaman gənclər arasında sağlam həyatın təbliği məqsədi ilə təşkil edilən layihələrə dəstək verən adıçəkilən marka, ənənəsinə sadiq qalaraq “Hyundai Run” adlı kütləvi qaçış tədbirində iştirakçıları ləziz qəhvəyə qonaq edib.
Qeyd edək ki, qəhvəsevərlərin damaq zövqünü oxşayan, müxtəlif layihələr reallaşdıran "Coffee`N Joy”, "Sevdiyiniz daddan daha ləzzətli” şüarı ilə istehlakçıların rəğbətini qazanmağa davam edir.