“City Construction” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən bildirilir.
Məlumata əsasən, “City Construction” MMC-nin vergi borcu 359 min 749 manatdır. Bu vergi borcu 13.04.2025-ci il tarixinə olan məlumatdır.
Qeyd edək ki, şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Emil Əliyev Paşa oğludur.