"Cəlilabad Broyler" ASC-nin (VÖEN: 8300060391) 05.01.2024-cü il tarixində, saat 12:00-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 1 ünvanında baş tutacaq.
Əlaqə nömrəsi: 051-395-60-95
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Cəlilabad Broyler” ASC-nin Müşahidə Şurasının formalaşdırılması, sədr və üzvlərinin təyin edilməsi.
2. “Azerbaijan Poultry Company” MMC və “Cəlilabad Broyler” ASC arasında bağlanacaq 10.000.000 (on milyon) AZN məbləğində borc müqaviləsinin təsdiq olunması.
3. “Azerbaijan Poultry Company” MMC ilə bağlanacaq yetişdirmə sahələrinin, yem zavodunun və avtonəqliyyat vasitələrinin icarəsi müqaviləsinin təsdiq olunması.
4. “Cəlilabad Broyler” ASC-nin hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı qərarın qəbul edilməsi.
Qeyd edək ki, “Cəlilabad Broyler” ASC 04.11.1997-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 849 min manatdır. Qanuni təmsilçisi Gülmuradov Elvin Elnur oğludur. Hüquqi ünvanı Cəlilabad şəhəri, 20 Yanvar küç, 1-dir.
“Azerbaijan Poultry Company” MMC 18.09.2012-ci ildə dövlət qeydiyyatına alınıb. 64 milyon 995 min 200 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Hacıyev Pərviz Yaqub oğludur.
Hüquqi ünvanı Ucar rayonu, Alpout kəndidir.