"Caspian Energy Club"a (CEC) məxsus olan Gürcüstan, Ukrayna və Özbəkistan aktivləri (50% pay iştirakı) satışa çıxarılıb.
Eləcə də bax: Caspian Energy Club “Caspian Energy Italy”-da - PAY İŞTİRAKINI SATIŞA ÇIXARIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, satışın əsas məqsədi "Caspian Energy Clubu"nun inkişafına, həmçinin bütün layihələrin gələcəkdə rəqəmsallaşmasına investisiya cəlb etməkdir.
Məlum olduğu kimi, "Caspian Energy Georgia", "Caspian Energy Ukraine" və "Caspian Energy Uzbekistan"ın sahibi gürcü, Ukrayna, özbək, rus və ingilis dillərində eyniadlı jurnalı nəşr etdirmək hüququ qazanır. Eyni zamanda "Caspian Energy TV", "Caspian Energy Photo", "Caspian Energy News", "Caspian Energy Investor", "Caspian Energy Jobs" və "Caspian Energy Info"nun layihələrinə tam və ya qismən inteqrasiya nəzərdə tutulub.
"Caspian Energy Georgia", "Caspian Energy Ukraine" və "Caspian Energy Uzbekistan" ildə bir neçə dəfə Gürcüstan, Ukrayna və Özbəkistanın müxtəlif şəhərlərində beynəlxalq "Caspian Energy Forum" təşkil etmək hüququna sahibdir. Eyni zamanda, sözügedən üç qurum hər il "Caspian Energy Award", "Caspian Business Award", "CEO Award" və "Brand Award" beynəlxalq mükafatlarının təqdimetmə mərasimini təşkil edə bilər.
Bununla yanaşı, hər ay Gürcüstan, Ukrayna və Özbəkistanın müxtəlif regionlarına Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının nümayəndələrinin və şirkət top-menecerlərinin iştirakı ilə B2G, B2B və B2C formatlarında forum və müxtəlif tədbirlər keçiriləcək.
"Business Tour" layihəsi çərçivəsində sahibkarların Gürcüstan, Ukrayna və Özbəkistanın müxtəlif region və müəssisələrinə şəxsən baş çəkmək və investisiya potensialları ilə tanış olmaq imkanı yaranacaq.