“BOA Agency” ASC səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişdirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 10 aprel 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, 36D ünvanında yerləşən ofisdə (3-cü mərtəbə, iclas zalı) baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
-
2025-ci ilin maliyyə yekunlarının müzakirəsi, cəmiyyətin idarəetmə hesabatının və maliyyə hesabatının təsdiqi.
-
Dividendlə bağlı məsələlərin müzakirəsi.
-
Cari məsələlər.
Qeyd edilib ki, gündəlik üzrə əlavə məlumatlarla cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, 36D ünvanında yerləşən ofisində iş günləri saat 10:00-dan 17:00-dək tanış olmaq mümkündür. Əlaqə telefonu: (055) 747-80-80.












