“Birləşmiş Sukanal” MMC ləğv olunduğunu elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1012 Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 67 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Birləşmiş Sukanal” MMC ləğv edilmiş “Azərsu” ASC-nin tabeliyində idi.
Bildirək ki, MMC 8 aprel 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 83 milyon 462 min 560 manatdır. Qanuni təmsilçisi Tural Abbasov Ədalət oğlldur.












