Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC-nin səhmdarlarının oktyabrın 6-sı, saat 11:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyi genişləndirilib.
“BOA Agency” ASC səhmdarlarına dividend ödəyəcək - TOPLANTI
FED.az xəbər verir ki, yığıncaqda "Digər məsələlər" kimi həmçinin ASC "Xalq" Bankı ilə bərpa olunan kredit xətti müqaviləsi bağlanması müzakirə ediləcək.
Qeyd edək ki, daha öncə yığıncaqda 2025-cü ilin 3-cü rübünün maliyyə nəticələrinin müzakirəsi və dividentlərin verilməsi məsələsinə baxılması da daxildir.
Yığıncaq Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) ünvanında baş tutacaq.