Azərbaycanda biznes mühitinin inkişafı üçün qanunvericilikdə dəyişikliklər vacibdir.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
O qeyd edib ki, Azərbaycanda biznes mühitinin və fəaliyyət göstərilən sahələrin inkişafı üçün qanunvericilik dəyişiklikləri vacibdir və ekosistemdəki yeniliklərin təşviqi önəmlidir: "İştirakçıların bu istiqamətdə təklif və fikirlərini təqdim etməsi vacibdir. Bu, həm bizim hansı istiqamətdə irəlilədiyimizi daha nizamlı və hesabatlı şəkildə göstərməyə, həm də innovasiya ekosistemində əməkdaşlığı gücləndirməyə imkan verəcək". (Report)