"BeeOnline ASC" öz səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR 17:18 29 Aprel 2025 13 iyun 2025-ci il, saat 12:00-də “Beeonline” ASC (VÖEN- 3103792511) səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək. FED.az xəbər verir ki, gündəliyə daxil olan məsələlər aşağıdakılardır: 1. 2024-cü il illik maliyyə hesabatlarının təqdim və təsdiq edilməsi 2. Digər məsələlər Ümumi yığıncağın keçiriləcəyi ünvan Bakı şəhəri, Cəfər Cabbarlı 44, “Caspian Plaza” iş mərkəzi 18-ci mərtəbə ünavnıdır.