Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən Çirkab suların daşınması və utilizasiyası xidmətinin satınalınması ilə bağlı elan edilmiş tender ləğv olunub.
FED.az xəbər verir ki, ehtimal olunan qiyməti 244 min 910 manat olan satınalmanın ləğv edilməsinə səbəb iştirakçı sayının tələb olunan həddən az olmasıdır.
Belə ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1. maddəsinə əsasən) müsabiqə baş tutmayıb.











