03 noyabr 2025-ci il, saat 11.00-da “Azərmetalinvest” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən cəmiyyətin inzibati binasında olması nəzərdə tutulur.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Cəmiyyətin 2024-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;
2.Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;
3.Cəmiyyətin Ümumi yığıncağ, Müşahidə Şurası, İcra orqanı və təftiş komissiyası haqqında Əsasnamələrin təsdiqi;
4.Cəmiyyətin Müşahidə şurasının, icra orqanının və təftiş komissiyasının (müfəttişin) seçilməsi;
5.Cəmiyyətin balansında olan istifadəyə yararsız əsas vəsaitlərin silinməsi məsələsinin müzakirəsi;
6.Digər məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: +994505692148