“Azərkosmos” iri məbləğli tenderin qalibini elan edib
FED.az xəbər verir ki, Azərbaycan Kosmik Agentliyi tərəfindən “Audio-vizual və konfrans sistemləri üzrə avadanlıqların icarəsi xidmətinin satın alınması” ilə bağlı keçirilmiş satınalmanın qalibi müəyyən olunub.
Qalib bir mənbədən satınalma metodu ilə “Matrixpro” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1401230881) seçilib.
Qalib şirkətə 3 milyon manat ödəniləcək.
Şirkət bundan əvvəl hər hansı satınalmanın qalibi olmayıb.