Dövlət Kontrakt Korporasiysı "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv olunduğunu elan edib.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli 62 küçəsi, ev Marine Plaza Biznes Mərkəzi 14-cü mərtəbə ünvanına bildirə bilərlər.
Məlumat üçün qeyd edək ki, “Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 13 milyon 538 min 682 manat nizamnamə kapitalına malikdir.
Qanuni təmsilçisi Qənbərov Miri Əhəd oğludur.