30 iyun 2025-ci il tarixində saat 11:00-da "Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr" ASC-də səhmdarların illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə, 9 ünvanında ASC-nin inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2024-cü ilin yekunu üzrə təftiş komissiyası hesabatının təsdiq edilməsi haqqında.
2. 2024-cü ilin mühasibat balansı və illik hesabatının təsdiq edilməsi haqqında.
3. 2024-cü ilin mənfəət və zərər hesabatının təsdiq edilməsi, zərərin bölüşdürülməsi haqqında.
4. Müşahidə şurasının Sədrinin, üzvlərinin seçilməsi və onların səlahiyyət müddətlərinin təsdiq edilməsi haqqında.
5. Təftiş komissiyasının Sədrinin, üzvlərinin seçilməsi və onların səlahiyyət müddətlərinin təsdiq edilməsi haqqında.
6. Son illərdə Cəmiyyət rentabelli işləmədəyindən Cəmiyyətə məxsus daşınmaz əmlakların satılması məqsədi ilə qiymətləndirilməsi, satılması və satışdan əldə olunan vəsaitin səhmdarlar arasında bölüşdürülməsi haqqında.
7. Cəmiyyətin mülkiyyətində olan daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsi özəl olmadığından Əmlak Komitəsi ilə icarə müqavilələrinin bağlanması və yaxud özəlləşdirilməsi (tələb olunan vəsaitin mənbəyi) haqqında.
Yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün səhmdarlar bildirişdə göstərilən ünvana müraciət edə bilərlər. Müraciət olunduğu halda həmin materiallarla tanış olmaq üçün onlara lazımi şəraitin yaradılması təmin ediləcəkdir.
İllik ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 251-67-01