2024-cü ilin yanvar-fevral aylarında "Azərenerji" ATSC 34,8 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 192,4 milyon dollar və ya 6,5 dəfə azdır.
Qeyd edək ki, 2023-ci ilin 2 ayı ərzində "Azərenerji" ATSC 227,2 milyon dollar dəyərində məhsul ixrac edib.