27 iyun 2025-ci il saat 11:00-da "Azərboru" ASC-də səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanda yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. "Azərboru" ASC-nin Müşahidə Şurasının seçilməsi;
2. "Azərboru" ASC-nin 2024-cü il maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək, Səhmdar Cəmiyyətin Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanda yerləşən inzibati binasında Səhmdar Cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.