Azərbaycanda müflisləşmə ilə bağlı qanunvericilik sahəsində sistemli tədbirlərin həyata keçirilməsi üçün təkliflər paketi hazırlanır.
Azərbaycanda müflis olmaq daha asan olacaq – YENİLİKLƏR GÖZLƏNİLİR
FED.az xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Biznesin müflisləşməsi” işçi qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, hazırda əsas məqsəd müflisləşmə ilə bağlı qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır: "Mövcud “Müflisləşmə və iflas haqqında” qanun əvvəlki dövrlərdə qəbul edilsə də, indiki mərhələdə müasir çağırışlara uyğun olaraq yenilənməlidir. Bu məqsədlə qanunvericilik sahəsində sistemli tədbirlərin həyata keçirilməsi üçün təkliflər paketi hazırlanır ki, bu da biznesin müflisləşmə prosesinin tənzimlənməsinə və sahənin inkişafına böyük töhfə verəcək".