İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "ASK Tütün" MMC-ni dövlət qeydiyyatına alıb.
Azərbaycanda biznes mühiti üzrə sorğunun nəticələri açıqlanacaq
FED.az xəbər verir ki, yeni şirkət "Azərbaycan Sənaye Korporasiyası" ASC (ASK) ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 6 148 675 manat, qanuni təmsilçisi isə Eldar Hüseyn oğlu Məmmədovdur. O, həm də ASK-ya məxsus "Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin direktorudur.
Xatırladaq ki, "ASK Tütün" “Azərtütün Aqrar Sənaye Kompleksi"nin yenidən təşkil olunması ilə yaradılıb. Bununla da, 1-ci 2-cinin tərkibindən ayrılıb, 2-cinin nizamnamə kapitalı təxminən 6 milyon manat azaldılaraq 15 748 661 manata endirilib.(report)