2024-cü ilin yanvar-fevral aylarında "Azərbaycan Dəmir Yolları" QSC 78,8 min dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 66,9 min dollar və ya 6,6 dəfə çoxdur.
Qeyd edək ki, 2023-ci ilin 2 ayı ərzində "Azərbaycan Dəmir Yolları" QSC 11,9 min dollar dəyərində məhsul ixrac edib.