26 aprel 2024-cü il saat 14.00-da "Azenco" ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Cəmiyyətin idarə heyətinin illik hesabatı.
2. Cəmiyyətin illik hesabatının təsdiqi.
3. Cəmiyyətin müşahidə şurasının hesabatı.
4. Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı.
5. Cəmiyyətin idarə heyətinin, müşahidə şurasının və maliyyə-təftiş komissiyasının yeni tərkibinin seçilməsi.
6. Cəmiyyətin maliyyə nəticələrinin müzakirəsi və mənfəətin bölüşdürülməsi.
7.Cari məsələlər.
Yığıncaq Mingəçevir şəhəri, Dövlət Dram Teatrının binasında keçiriləcəkdir.
Əlaqə telefonları: (012)-424-75-66, (014)-474, 32-02
Ünvan, Mingəçevir şəhəri, M.Füzuli küçəsi 29/16