Kompüterərin, avadanlıqların və proqram təminatlarının topdan satışı fəaliyyətləri ilə məşğul olan "ATL Tech" MMC şirkəti 2023-cü il ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, "ATL Tech" MMC-nin satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 2023-cü ildə 1 milyon 148 min manat təşkil edib. Beləliklə, ötən il şirkətin satışdan gəlirləri 1 milyon 451 min min manat və ya 55,8% azalıb.
Ötən il satışın maya dəyəri isə 1 milyon 751 min manat (3,7 dəfə) azalaraq 637,6 min manata düşüb.
Satışın maya dəyərindəki azalma gəlirlərdəki azalmadan çox olduğuna görə, şirkətin ümumi mənfəəti 299 min manat və ya 2,4 dəfə artaraq, ötən il 510,8 min manat təşkil edib.
"ATL Tech"in ümumi və inzibati xərcləri də 214 min manat və ya 3,7 dəfə azalaraq 78,5 min manata düşüb.
Sair əməliyyat gəlirləri 35,5 min manata bərabər olub ki, bu da illik müqayisədə 17,9 min manat və ya 33,5% azdır.
2022-ci ildə 48,4 min manat əməliyat zərəri etməsinə baxmayaraq 2023-cü ildə 447,3 min manat əməliyyat mənfəəti əldə edib.
21,3 min manatlıq mənfəət vergisi ödənişindən sonra şirkət ötən ili 367,1 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 281,7 min manat xalis zərər ilə başa vurmuşdu. Beləliklə, ötən il "ATL Tech" zərərdən mənfəətə keçib.
"ATL Tech" şirkəti ötən il 1 milyon 817 min manat cəmi kapitala malik olub. Aktivlər son bir il ərzində 643 min manat və ya 54,8% artıb.
Öhdəliklər son bir il ərzində 344 min manat və ya 26,9% artaraq 1 milyon 624 min manata yüksəlib.