"Astara-nəqliyyat" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 18 aprel 2024-cü il tarixdə saat 15:00-da keçiriləcək.
FED.az xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Səhmdar Cəmiyyətin idarəetmə orqanlarının 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.
2. Səhmdar Cəmiyyətin ləğvi məsələsinin müzakirəsi.
3. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Ünvan: Astara şəhəri, Nizami küçəsi, 35.
Telefon: 022-25-5-18-92.
"Astara-nəqliyyat" ASC-nın idarə heyəti.