09 oktyabr 2025-ci il tarixində "Astara Aqrotexservis" ATSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncağın keçirilmə məqsədi Səhmdar cəmiyyətə yeni rəhbərin təyin olunması və köhnə rəhbərin işdən azad olunması ilə bağlıdır.
Yığıncaq AZ0700, Astara rayonu, Astara şəhəri , Səməd Vurğun ev.44, saat 15:30-da baş tutacaq.