"Anadolu Efes" şirkəti "Carlsberg" şirkətinin Rusiyada 8 zavodunu alacağı barədə xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
“Xırdalan” əmtəə nişanından qanunsuz istifadə edilməsi üzrə - ARAŞDIRMA BAŞLAYIB
FED.az xəbər verir ki, şirkətdən verilən açıqlamada, "Anadolu Efes" şirkətinin Rusiyada "Carlsberg"in 8 zavodunu alacağı barədə xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.
Rusiya mətbuatında “Anadolu Efes”in “Carlsberg”in Rusiyadakı 8 zavodunu almaq üçün razılığa gəldiyi iddia edilib.
Rusiyanın “Vedomosti” qəzetində yer alan xəbərə görə, satışın 2023-cü ilin ilk yarısında tamamlanmasının gözlənildiyi bildirilib.
Rusiyada geniş şəkildə fəaliyyət göstərən "Carlsberg", keçən il Rusiyanın Ukraynaya hücumundan sonra Rusiyadakı törəmə şirkətini satacaqlarını və bununla əlaqədar 9,9 milyard Danimarka kronu zərər gözlədiklərini açıqlamışdı.
Şirkətin İdarə Heyətinin sədri Henrik Poulsen bazar ertəsi verdiyi açıqlamada potensial alıcı şirkətlərin sayını 10-dan aşağı saldıqlarını və ilin ilk yarısı başa çatmamış bir razılaşma gözlədiklərini söyləyib. (Marja)