"Altec" MMC-nin (VÖEN: 1004517441) təsisçilərinin 02.12.2024-cü il tarixli qərarına əsasən Təsisçi Heydərov Kamal Şamil oğlunun müəssisədə olan payı 1000000 azn (bir mln manat) dəyərində azaldılır.
FED.az xəbər verir ki, şirkətin hazırki nizamnamə kapitalı 9 milyon 972 min 26 manat təşkil edir.
Qeyd edək ki, “Altec” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Azməmmədov Vüsal İnqilab oğludur.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ştq, Bakı-duz (Rəsulzadə qəs.), ev Baksol ərazisi, m. 1-dir.