"Alqoritmika.Azərbaycan" MMC (VÖEN: 1702264681) nizamnamə kapitalını kəskin azaldır.
FED.az xəbər verir ki, şirkət nizamanmə kapitalının 10 000 manata qədər azaldılmasını elan edir.
Şirkətin buna qədərki nizamnamə kapitalı isə 50 min manat idi.
Bildirək ki, "Alqoritmika.Azərbaycan" MMC 27 oktyabr 2017-ci ildə yaradılıb, qanuni təmsilçisi Lalə İsmayılova Mahmud qızıdır.