Çinin ən zəngin milyarderlərdən biri, “Alibaba” elektron ticarət platformasının təsisçisi Cek Manın sərvəti gün ərzində 3,5 mlrd. ABŞ dollarından çox azalıb.
Eləcə də bax: “Alibaba”ya qarşı araşdırma başlanıldı
FED.az xəbər verir ki, “Alibaba”nın Honkonq və Nyu-York birjalarındakı səhmləri ötən gün ona qarşı antiinhisar istintaqının aparıldığı xəbərləri fonunda əhəmiyyətli dərəcədə enib. Şirkətin Honkonqdakı səhmləri 8,1%, NASDAQ-da isə 13,3% azalıb.
Çinin Bazar Nəzarəti və Tənzimlənməsi üzrə baş idarəsi “Alibaba”ya qarşı antiinhisar araşdırmasına başlayıb. Şirkət, öz növbəsində, səlahiyyətlilərlə fəal əməkdaşlıq etməyə hazır olduğunu və istintaqa baxmayaraq normal fəaliyyət göstərməyə davam edəcəyini açıqlayıb. (Apa)