"Albayrak Group"un Azərbaycana yeni regional direktoru təyin edilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasında - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, "Albayrak Group"un Azərbaycandakı yeni regional direktoru Türkiyənin “Dokuz Eylül Universiteti”nin Dəniz Menecmenti fakültəsinin məzunu, liman logistikası sahəsində 30 illik təcrübəyə malik Vahdettin Keleşdir.
V.Keleş "Group TCB & TCE EGE" şirkətində Türkiyə-Avropa-Cənubi Amerika üzrə baş menecer-region direktoru, "Transal Denizcilik" şirkətində baş menecer və əməliyyat direktoru,Türkiyənin SOYKAK limanında kommersiya meneceri - baş ekspert vəzifələrində çalışıb.
Ailəlidir, ingilis, rus və ərəb dillərini bilir.
Qeyd edək ki, “Albayrak” Şirkətlər Qrupu tikinti, daşınmaz əmlak, sənaye, logistika, media, turizm kimi 20-dən çox sektorda fəaliyyət göstərir.
Şirkətlər qrupuna 80-ə yaxın şirkət və marka daxildir.
2022-ci il iyulun 15-də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və "Albayrak Holdinq" şirkətlər qrupu arasında müqavilə imzalanıb.
İmzalanan müqaviləyə əsasən, "Albayrak Holdinq" şirkətlər qrupu Bakı Limanı ilə birgə "Ro-Ro", "Gübrə" terminallarında fəaliyyət göstərəcək və digər mühüm sahələrdə sıx əməkdaşlıq edəcək.
Yeni əməkdaşlıq müqaviləsinin əsas məqsədləri logistika və təchizat zənciri sahəsində yük daşıyıcıları üçün ən rahat və stabil şəraiti formalaşdırmaq, Bakı Limanı vasitəsilə Azərbaycandan tranzit keçməklə Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya, eyni zamanda Türkiyəyə daşınan yükün həcminin qısa zamanda artırılmasına nail olmaq və cəlb edilən yükün müasir logistik həllərin tətbiq edilməsi ilə operativ formada aşırılmasını təmin etməkdir. (Trend)