"Af Group Consultants" MMC (VÖEN:2008716641) nizamnamə kapitalını kəskin şəkildə azaltdığını elan edib.
Təsisçinin qərarına əsasən, şirkətin 50 000 manat olan nizamnamə kapitalı 49 900 manat azaldılaraq cəmi 100 manata endirilib.
Bildirək ki, "Af Group Consultants" MMC 19 avqust 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Farah Ahsandır.
Hüquqi ünvanı AZ1025, Bakı Şəhəri Xətai Rayonu, 8 Noyabr, Ev.15, Azure Business Center, Ofis 137-dir.