“8-ci km Ticarət Mərkəzi” MMC ləğv olunur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
“8-ci km Ticarət Mərkəzi” 16 oktyabr 2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,031 milyon manat, qanunu təmsilçisi isə Məmmədov Rüfət Qubad oğludur.
Xatırladaq ki, "8-ci km Ticarət Mərkəzi" şirkəti əvvəllər ASC olub, Amma Səhmdarların ümumi yığıncağının 30 noyabr 2022-ci il tarixli qərarına uyğun olaraq "8-ci km Ticarət Mərkəzi" ASC yenidən təşkil olunmaqla "8-ci km Ticarət Mərkəzi" MMC-yə çevrilmişdi.
Qed edək ki, «8-ci km Ticarət Mərkəzi» Nizami rayonunda, Qara Qarayev prospektində yerləşən ərazinin ən böyük ticarət obyektlərindən biridir. MMC-nin ləğv edilməsi ticarət mərkəzinin ləğv edilməsi demək deyil. Böyük ehtimalla müəssisə öz sahibini dəyişir.