Azərbaycanlı iş adamlarının tez-tez Gürcüstan səfər etmələrini, bölgələrdəki investisiya mühiti ilə tanış olmalarını yüksək qiymətləndiririk.
FED.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili deyib ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun təşəbbüsü və “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə azərbaycanlı iş adamları Marneuli rayonuna səfər ediblər. İnanıram ki, bir növ tanışlıq məqsədi daşıyan bu səfər Azərbaycan iş adamlarının bölgəmizə marağını artıracaq: “Kvemo Kartli-Borçalı bölgəsi turizm, kənd təsərrüfatı üçün çox əlverişli bölgədir. Bu bölgədə azərbaycanlı iş adamları üçün hər cür şərait yaratmağa hazırıq”.
Eləcə də bax:KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
Onun sözlərinə görə, Gürcüstan hökuməti regionların iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlayıb. Proqramda xarici iş adamları üçün xüsusi imtiyazlar da nəzərdə tutulub. Azərbaycanlı iş adamlarını bölgəmizə sərmayə qoymağa və bu imtiyazlardan bəhrələnməyə dəvət edirəm”, - deyə qubernator vurğulayıb.