Kredit reytinqi agentliyi "Fitch Ratings"in proqnozuna görə, qlobal iqtisadi artım 2019-cu ildə 2.6%-ə, 2020-ci ildə isə 2.5%-ə geriləyəcək. 2020-ci ildəki iqtisadi artım 2012-dən bəri ən aşağı səviyyə ola bilər. Qlobal iqtisadi artım 2018-ci ildə 3.2 faiz təşkil etmişdi.
FED.az xəbər verir ki, iqtisadi mənzərənin ABŞ - Çin ticarət müharibəsinə görə əhəmiyyətli dərəcədə pisləşdiyini vurğulayan Agentlik, İyundan bu yana ən azı 16 ölkənin iqtisadi artım proqnozunun aşağı salındığını vurğulayıb.
Eləcə də bax: Milyarderlər 2020-ci il böhranına - HAZIRLAŞIRLAR
"Fitch"in baş iqtisadçısı Brian Coulton, "1930-lardan bəri qlobal iqtisadi artım proqnozlarının ticarət siyasətindəki qüsurlardan bu qədər çox təsirləndiyi az hal olub",- deyib.
Marja