Audit, vergi, korporativ maliyyə və konsaltinq sahələrində xidmətlər göstərən KPMG-nin iyul-avqust aylarında keçirdiyi və 1300 baş direktorunun (CEO) iştirak etdiyi sorğuya əsasən qarşıdakı 12 ayda tənəzzül gözlənilir.
Eləcə də bax: “Bloomberg” böhranın ən çox hiss ediləcəyi bölgəni - AÇIQLAYIB
FED.az xəbər verir ki, tənəzzülün qısamüddətli və mülayim ola biləcəyini qeyd edən sorğu iştirakçıları bunun pandemiyadan sonra şirkətlərin davamlı sağalmasına mane ola biləcəyindən narahatdırlar.
Sorğuya görə, Asiya Sakit Okean regionunda tənəzzül gözləntiləri daha aşağı olub. Respondentlərin 63 faizi gələn il resessiya gözlədiyi halda, qlobal gözlənti 86 faizdir.
Böhran gözlənməsinə baxmayaraq, CEO-ların ilin əvvəli ilə müqayisədə daha optimist olduqları və 3 illik dövr üçün artım gözlədikləri müşahidə edilib.
KPMG-dən bildirilib ki, "Dünya üzrə baş direktorların qlobal iqtisadiyyata inamı və üç illik perspektivdə optimist gözləntiləri var". (Marja)