İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın may sayını təqdim edib.
İcmala əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
2025-ci ilin yanvaraprel aylarında yeyinti məhsullarının ixracı 12,1% artaraq 300.8 milyon ABŞ dollarına bərabər olub. 2025-ci ilin yanvar-aprel aylarında ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 35 milyon ABŞ dolları və ya 42,5%, şəkər 1,9 milyon ABŞ dolları və ya 25,8%, qara metallar və onlardan hazırlanan məmulatlar 4,1 milyon ABŞ dolları və ya 16,7%, meyvə-tərəvəz 26,8 milyon ABŞ dolları və ya 14,8 % , alüminium və ondan hazırlanan məmulatlar 6,1 milyon ABŞ dolları və ya 9,8%, pambıq iplik 360,9 min ABŞ dolları və ya 5,3% artıb. Cari ilin ilk dörd ayında ixrac olunan aqrar məhsullar 1 4 % art araq 232,7 milyon ABŞ dolları, aqrar - sənaye məhsulları 7,9% artaraq 90,8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar - sənaye məhsulla rının birgə ixracı 12,2% artaraq 323,6 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sek toruna aid malların siyahısında qızıl (95,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (74,7 milyon ABŞ dolları) ikinci, karbamid (63,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin aprel ayı ərzin d ə ixrac edilmiş qeyri neft sektoruna aid malların siyahısında qızıl (30,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (30,16 milyon ABŞ dolları) ikinci, pambıq (22,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin ilk dörd ayında Rusiya Federasiyasına 321,4 milyon ABŞ dolları, Türkiyəyə 18 7,7 milyon ABŞ dolları, Gür cüstana 105,8 milyon ABŞ dolları, İsveçrə yə 100,5 milyon ABŞ dolları, Ukrayna ya isə 63 milyon ABŞ dolları də yərində qeyri-neft sek toruna aid mal ixrac olunub.
2025-ci ilin aprel ayında Rusiya Federasiyasına 88,5 milyon ABŞ dolları, Türkiyəyə 53,3 milyon ABŞ dolları, İsveçrə 30,9 milyon ABŞ dolları, Gürcüstan 25,1 milyon ABŞ dolları, Qazaxıstan isə 14,2 milyon ABŞ dolları də yərində qeyrineft sektoruna aid mal ixrac edilib.