Qırğızıstan prezidenti Sadır Japarov özəl şirkət adlarında dini terminlərdən istifadəni qadağan edən fərman imzalayıb.
FED.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Qırğızıstanda hüquqi şəxslərin firma adında dini xarakter daşıyan termin və sözlərdən istifadə qadağan olunub.
Nizamnaməsində əsas məqsədi gəlir əldə etmək olaraq qeyd edilməyən dini qeyri-kommersiya təşkilatları istisna təşkil edir. Bu adların siyahısı və istifadə qaydası Qırğız Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. (Trend)