Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycanın “İDEA” şirkəti və Qətərin daşınmaz əmlak sektorunda aparıcı şirkətlərindən olan “Halul Group Real Estate” şirkəti arasında 2020-ci lin iyulunda ixraca dair müqavilə imzalanıb.
Eləcə də bax: Cabbarov Qətər şirkətlərini Azərbaycana investisiya yatırmağa dəvət etdi
FED.az xəbər verir ki, müqaviləyə uyğun olaraq, “İDEA” şirkəti Qətərdə tezliklə istifadə verilməsi planlaşdırılan “Doha Oasis” layihəsi üçün yerli memarlarımız tərəfindən müasir uslubda dizayn olunaraq hazırlanan ekotullantı qutuları və skamyalar ixrac edib.
“Doha Oasis” Qətər Dövlətinin paytaxtı Doha şəhərində yerləşən Müşeyreb rayonunun mərkəzində nadir və yüksək səviyyəli çoxfunksiyalı kompleksdir.
Qeyd edək ki, 2014-cü ildən ixraca başlayan “İDEA” şirkəti indiyədək Rusiya, Qazaxıstan, İrlandiya və Qətərə məhsul ixrac edib.