Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
Eləcə də bax: Almaniya şirkəti Azərbaycana koronavirus testləri - İXRAC ETMƏK NİYYƏTİNDƏDİR
FED.az xəbər verir ki, AZPROMO-dan bildirilib ki, Qətər Dövlətinin Müdafiə Nazirliyinə məxsus “Barzan Holdings” şirkətinin istehsal etdiyi “Patriot SAVR-Q” (Synchronous Automatic Ventilating Resuscitator) süni tənəffüs aparatlarının satışı ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən sahiblarlara və iş adamlarına əməkdaşlıq təklif edir. Əməkdaşlıqda maraqlı olanlar ətraflı məlumat üçün AZPROMO ilə əlaqə saxlaya bilərlər.