Braziliyada məhsuldarlığın yüksək olması səbəbindən qəhvə qiymətləri yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb.
Şəhərdəki “kofeşop”ların sayı artır: Qəhvə sevgisi nə zaman yarandı? - ARAŞDIRMA + FOTO
FED.az xəbər verir ki, qəhvə qiymətlərində sonuncu dəfə ən kəskin enişi 11 yanvar 2023-cü ildə baş vermişdi.
Arabica-qəhvə fyuçersləri cümə axşamı günü 1,8 faiz ucuzlaşıb.
Braziliyanın Cooxupe Kooperativi bildirib ki, 30 iyun tarixinə məhsul yığımı təxminən 35 faiz tamamlanıb ki, bu da keçən illə müqayisədə daha yüksək göstəricidir. Qəhvə paxlası yetişdirən bölgədəki hava şəraiti məhsul yığımına kömək edir. Növbəti bir neçə həftə ərzində yağıntı riski yoxdur. bu daha çox və itkisiz məhsul toplanacağı deməkdir. (Marja)