Finlandiyanın qəhvə istehsalçısı “Paulig” Rusiyadakı biznesini satdığını açıqlayıb. Bildirilir ki, alıcı Hindistan vətəndaşı, “Milagro Beverage Company”nin top-meneceri Vikas Soidir.
Eləcə də bax: Aİ “Sberbank”ı - SWIFT-dən AYIRIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətin 200 əməkdaşı yeni sahibinə keçəcək. Müqavilənin məbləği barədə hələki məlumat verilməyib.
“Paulig” brendi Rusiya bazarından çıxsa da, keçid dövrü davam edəcək – lakin üç aydan çox olmayaraq. Şirkət Rusiyadakı fəaliyyətini dayandırması barədə martın 7-si məlumat verib. Onda şirkət bazarı dərhal tərk edəcəyini bildirib.