Qəbələdə qızılgül istehsalına başlanılacaq. Bu məqsədlə rayonda 3 hektar ərazidə yüksək texnologiyalı istixananın inşasına start verilib.
FED.az xəbər verir ki, Layihə Avropada istixana tikintisi ilə məşğul olan məşhur Hollandiya şirkəti ilə birgə həyata keçirilir. Bütün tikinti materialları və avadanlıqlar Hollandiyadan gətiriləcək. 2018-ci ilin yay aylarında istifadəyə veriləcək istixanada 50 nəfər işlə təmin olunacaq. Burada 3 növ qızılgül yetişdiriləcək. Artıq Hollandiyadan əkin üçün 225 000 qızılgül tingi sifariş verilib. İstixanada hər m2 üçün 210-220 ədəd məhsul yığımı nəzərdə tutulur.
Sputnik.az
Qəbələdə Hollandiya gülləri yetişdiriləcək
16:19
12 Mart 2018