Qəbələ rayon icra hakimiyyəti müxtəlif mal və xidmətlərin alışını nəzərdə tutan 4 tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderlərin hamsını bir şirkət – «Qəbələ İnşaat» MMC qazanıb. Tenderlərin ümumi məbləği 112 min manat təşkil edib.
Eləcə də bax: Azərbaycanın iqtisadi cəhətdən - ƏN GÜCLÜ VƏ ƏN ZƏİF RAYONLARI – SİYAHI Dövlət qurumları avqustda dəftərxana mallarına – YARIM MİLYON XƏRCLƏYİBLƏR - SİYAHI
Şirkətin qazandığı tenderlər və məbləğləri aşağıdakılardır:
1. Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal materialların alınması) - 10490 AZN
2. Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması.( Yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması) - 12973 AZN
3. Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal-material alınması) – 39 832 AZN
4. Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması) - 48194.5 AZN