Qazaxıstanın telekommunikasiya operatoru "Kazakhtelecom"un, "Kcell"in 75 faiz səhmini satın almaq üçün müraciət etdiyi bildirilib.
Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin Təbii İnhisarların Tənzimlənməsi və Rəqabətin Qorunması Komitəsindən verilən yazılı açıqlamada, hazırda "Kazakhtelecom"un "Kcell"in 75 faiz səhmini satın ala bilməsi üçün müraciətin komitə tərəfindən təhlil olunduğu qeyd olunub.
Açıqlamada, məsələ ilə bağlı hələ son qərarın qəbul olunmadığı qeyd edilib.
"Kcell"in 24 faizi "Teliasonera Kazakhstan Holdinq B.V."yə aiddir. Bundan başqa "Telia Sonera"nın "Türkcell" ilə birgə şirkəti "Fintur Holdings" şirkəti "Kcell"in 51 faiz səhminə sahibdir.
"Telia Sonera", 2017-ci ilin sonuna qədər bütün aktivlərini sataraq, Azərbaycan daxil Avrasiya regionundan çıxmağı planlaşdırdığını açıqlamışdı.