Qazaxıstanın Aktau şəhərində “NARSARAB” brendi ilə fəaliyyət göstərən Azərbaycan məhsullarından ibarət mağazanın açılışı olub.
Eləcə də bax: Polşada Azərbaycan restoranı açılıb - FOTO
FED.az xəbər verir ki, Azərbaycan məhsullarının satışını həyata keçirən mağazada ölkəmizdən 18 istehsalçının 150-yə yaxın müxtəlif məhsulları - meyvə şirələri, kompotlar, mineral sular, zeytun, çay, meyvə-tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq, kosmetika məhsulları və sair satılır.
Xatırladaq ki, bu il martın 6-da Qazaxıstanın paytaxtı Nur-Sultanda da Azərbaycan məhsullarından ibarət “NARSARAB” mağazasının rəsmi açılışı olub.(Azərtac)