"Qazaxıstanda sərmayə və turizm mühitini daha da yaxşılaşdırmaq üçün yerli miqrasiya polisində əcnəbilərin icbari qeydiyyatı ləğv olunmalıdır".
FED.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Qasımcomərd Tokayev Almatı şəhərinin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib.
Eləcə də bax: Azərbaycan vətəndaşlarının Qazaxıstanda vizasız qalma - MÜDDƏTİ DƏYİŞDİ
“İri şəhərləri, bütövlükdə ölkəni sərmayə və turizm baxımdan daha cazibədar hala gətirməyi həqiqətən də istəyiriksə, onda əcnəbilərin miqrasiya polisi orqanlarında icbari qeydiyyatı kimi çoxdan köhnəlmiş qaydadan yaxa qurtarmalıyıq”, – dövlət başçısı deyib.
O, icbari qeydiyyatın böyük korrupsiya mənbəyi olduğunu, nəticədə ölkənin nüfuzuna xələl gəldiyini söyləyib: “Sərhəd nəzarətindən keçmək elə qeydiyyatdan keçmək deməkdir. Hökumət bu məsələni Yeni ilədək həll etməlidir”.
Report