Qazaxıstan hakimiyyəti 2024-cü il yanvarın 1-dən təmassız biznes yoxlamaları üçün avtomatlaşdırılmış sistem işə salacaq.
Azərbaycan və Qazaxıstan depozitarları əməkdaşlığın inkişafını - MÜZAKİRƏ EDİB
FED.az xəbər verir ki, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev bildirib.
“Risklərin idarə edilməsinin avtomatlaşdırılmış sistemi tənzimləyici orqanların biznesə təzyiqini məhdudlaşdırmaq üçün mühüm alət olacaq. Sistem, 2024-cü il yanvarın 1-dən istifadəyə veriləcək və təmassız yoxlamaların planlaşdırılmasına imkan verəcək. Nəticədə planlı biznes yoxlamaları iki dəfə, cərimələrin sayı isə əhəmiyyətli dərəcədə azalacaq”, - deyə Tokayev bildirib. (Marja)