Qazaxıstanın ən böyük şirkəti olan Kaspi.kz, Türkiyənin aparıcı e-ticarət platforması "Hepsiburada"nın səhmlərinin 65,41%-ni almaq üçün müqavilə bağlayıb.
“Trendyol Group”: "Azərbaycan “Trendyol Group”un investisiyaları üçün ikinci əsas bazara çevrilir"
FED.az xəbər verir ki, bu müqavilə Hanzade Doğan və digər ailə üzvləri ilə imzalanıb və ümumi dəyəri 1,127 milyard dollar təşkil edir. Ödənişin iki mərhələdə həyata keçirilməsi planlaşdırılır: ilkin 600 milyon dollar bağlanma zamanı, qalan 526,9 milyon dollar isə altı ay ərzində ödənəcək.
Kaspi.kz-nin baş direktoru Mixeil Lomtadze, bu birləşməni iki şirkətin innovativ mədəniyyətləri və uzunmüddətli inkişaf üçün ortaq məqsədləri ilə əsaslandıraraq, bu birgə işin hər iki ölkədəki KOB-lara və sahibkarlara yeni imkanlar yaradacağını vurğulayıb. Razılaşma tamamlandıqdan sonra, həm Kaspi.kz, həm də Hepsiburada öz ayrı-ayrı brendləri və əməliyyat strukturları ilə fəaliyyət göstərəcək.
Hepsiburada-nın təsisçisi Hanzade Doğan isə bu razılaşmanı şirkətin inkişafında mühüm addım kimi dəyərləndirərək, Kaspi.kz-nin Türkiyədəki investisiyasının şirkətin mövqeyini daha da gücləndirəcəyinə ümid etdiyini bildirib.