14 iyun 2024-cü il tarixdə, saat 09:30-da “Qazax Şərab-1” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Qazax rayonu, Yuxarı Salahlı kəndi ünvanında, Cəmiyyətin inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi;
2. Cari məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 626 56 01 mobil nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.