Banner

Biznes

Qazax Sement Zavoduna - BERLİNDƏ MÜKAFAT VERİLƏCƏK

Qazax Sement Zavoduna - BERLİNDƏ MÜKAFAT VERİLƏCƏK | FED.az
11:10 19 Sen 2019

01 oktyabr-02 oktyabr 2019-cu il tarixləri arasında Almaniyanın paytaxtı Berlin şəhərində beynəlxalq sement konfransı çərçivəsində 2019-cu il ərzində Sement sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin mükafatlandırılması (Cement İndustry Awards 2019) keçiriləcək.

FED.az xəbər verir ki, konfransda dünyanın 30-dan çox ölkəsindən dəvət olunan sement sənayesi şirkətləri iştirak edəcək və burada sement sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin 2019-ci il üzrə nailiyyətlərinin mükafatlandırılması keçiriləcək.

Eləcə də bax: Azərbaycanda sement və armatur istehsalı - AZALIB

Mükafatlandırma istehsalın optimallaşdırılması, modernləşdirmə, təhlükəsizlik, ətraf mühitin qorunması və müəssisələrin digər əsas göstəriciləri nəzərə alınmaqla həyata keçirilir. 3 fərqli nominasiyada üzrə keçiriləcək mükafatlandırmada Almaniya, Avstriya, Türkiyə, Argentina, ABŞ və Afrika ölkələrinin aparıcı sement sənayesi şirkətləri ilə yanaşı Qazax Sement Zavodu MMC (Akkord Sement) də iştirak edəcək.

Qeyd etmək istərdik ki, Qazax Sement Zavodu MMC (Akkord Sement) bu mükafatlandırma üçün ilkin mərkələni keçərək “ilin sement zavodu” nominasiyası üzrə nominant olaraq seçilmişdir və ölkəmizi CTP (Avstriya) GmbH və Opterra Zement GmbH (Almaniya) W & P Zement, Avstriya, Çimsa Türkiyə, Loma Negra, Argentina (Recycomb) və (Lomax), thyssenkrupp, INSEE Ecocyle və Sement materialları istehsalçıları (Cənubi Afrika) kimi aparıcı şirkətlər arasında təmsil edəcək.

Mükafatlandırma aşağıdakı 3 nominasiya üzrə keçiriləcək:

1. İlin sement zavodu

2. İlin sement layihəsi

3. Ətraf mühitin qorunması

Zavodumuzun bu möhtəşəm tədbirdə iştirakı üçün kollektivimizi təbrik edir və zavodumuza uğurlar arzulayırıq.

Nominasiya haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

https://www.cemnet.com/Conference/Item/183061/ICR-Cement-Industry-Awards-2019

Trend

Digər xəbərlər

Banner