Banner
Banner

Biznes

Qaydalara riayət etməyən - OBYEKTLƏR BAĞLANACAQ

Qaydalara riayət etməyən - OBYEKTLƏR BAĞLANACAQ | FED.az
22:13 13 Mart 2020

"Qadağalar pozulduğu təqdirdə cərimələr tətbiq olunacaq". 

Eləcə də bax: Azərbaycanda ticarət mərkəzlərində tətbiq olunacaq bəzi - QAYDALAR AÇIQLANDI

FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sabahdan ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, vəziyyətə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər Ticarət Departamenti, Daxili İşlər Nazirliyi cərimələri tətbiq edəcək:

"Qaydalara riayət etməyən obyektlər bağlanacaq. Vətəndaşlar Daxili İşlər Nazirliyinə, bizim qərargahın sorğu mərkəzinə məlumat verə bilərlər. Ticarət mərkəzlərinin bağlanması, ərzaq çatışmazlığının yaranacağı ilə bağlı yayılan məlumatlar yalandır. Hazırda ərzaq ehtiyacımız tam təmin olunub".

Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?