Qarabağda məskunlaşacaq vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə sənaye və tekstil fabriklərinin qurulması planlaşdırılır.
Türkiyə Sahibkarları Birliyindən (TÜMKİAD) FED.az-a verilən məlumata görə, layihənin icrasına dair qurumun nümayəndələri 18-22 yanvar tarixlərində Bakıda olacaqlar və ölkənin səlahiyyətli qurumların nümayəndələri ilə görüşəcəklər.
Səfər çərçivəsində Milli Məclisin nümayəndələri, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə də görüşlər keçiriləcək.(apa)